Ronaldo dünyada ən çox qazanan futbolçudur

30 May 2020 - 17:05

İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştiano Ronaldo “Forbes” jurnalının son reytinqinə görə, dünyanın ən çox qazanan futbolçusu seçilib.

Portuqaliyalı hücumçu 2019-cu il iyunun 1-dən 2020-ci il iyunun 1-dək 105 milyon dollar qazanıb. Bu məbləğin 60 milyonunu maaş və mükafatlar, 45 milyonunu reklam gəlirləri təşkil edib. Ronaldo ən çox qazanan idmançıların reytinqində isə təkcə tennisçi Rocer Federerdən geri qalır.

Ən çox qazanan futbolçuların siyahısında Lionel Messi (“Barselona”, 104 milyon) ikinci, Neymar isə (“Paris Sen-Jermen”, 95,5 milyon) üçüncüdür(azərtac).