Ronaldonun instaqramda izləyici sayı 250 milyona çatıb

03 Yanvar 2021 - 12:20

Portuqaliya millisinin və İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştiano Ronaldo yeni rekorda imza atıb.

Apasport.az saytının məlumatına görə, ulduz hücumçunun instaqramda izləyici sayı 250 milyona çatıb.

O, tarixdə buna nail olan ilk insan olub. İnstaqramda ən populyar şəxslər arasında 2-ci pillədə amerikalı müğənni Ariana Qrande qərarlaşıb – 214 milyon.

Daha iki nəfər 200 milyonu arxada qoyub. Restler və aktyor Dueyn Consonun 209, model Kayli Cennerin 207 min izləyicisi var.

Digər ulduz futbolçulara gəlincə, Argentina və “Barselona”nın kapitanı Lionel Messi 175 milyonla 8-ci, Braziliya və PSJ-nin hücumçusu Neymar 144 milyonla 13-cüdür. İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem karyerasını 7 il əvvəl bitirsə də, populyarlığını qoruyur. O, 65 milyon izləyici ilə dünyada 39-cudur.

Qeyd edək ki, Ronaldo il ərzində paylaşımları ən çox bəyənmə toplayan şəxs olub.