Sabaha olan hava proqnozu

Yanvarın 4-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə yanvarın 4-də  Bakıda və Abşeron yarımadasında  buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şimal küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 4-6, gündüz  7-9, Bakıda gecə 4-6, gündüz  7-9  dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunu təşkil edəcək,  nisbi rütubət 70-80 faiz olacaq.

Yanvarın 4-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə  2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz  5-9 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, yanvarın 4-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünya üzrə koronavirusa yoluxanların sayı 82 milyonu ötüb –

Sonrakı məqalə

Ronaldonun instaqramda izləyici sayı 250 milyona çatıb