Portuqaliya millisinin və İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldu Lissabonda sahə alıb.
“Report”un “Vidas.pt” saytına istinadən məlumatına görə, 35 yaşlı hücumçu Riveyradakı əraziyə 8 milyon avro ödəyib. Təxminən 10 min kvadratmetr sahədə malikanənin inşası üçün işlərə başlanılıb. Ronalduya yaxın mənbə deyib ki, bura onun karyerasını bitirdikdən sonra qalacağı yer deyil, sadəcə, sərmayədir.
Riveyra Portuqaliyada varlıların yaşadığı ərazidir
Qeyd edək ki, Kriştianu Ronaldu ötən il Lissabondakı ən bahalı mənzili 7.5 milyon avroya alıb.