“Rosneft” sahibi olduğu 60-a yaxın şirkətin “müharibə vergisi” ödəməkdən azad olunmasını istəyir.
Azpost.info xəbər verir ki, dövlət şirkətinin təşəbbüsü ilə Dumanın Energetika Komitəsi izafi mənfəət vergisi layihəsinə rəy hazırlayıb və orada deputatlar neft şirkətlərinin dövlətin iştirakı ilə əsas olmayan törəmə müəssisələrini məlum vergidən azad etməyi təklif ediblər.
“Kommersant” sənədin surətinə istinadən yazır ki, onlar bunu şirkətlərin büdcəyə dividend şəklində gəlirlərin ödənilməsini təmin etməsi ilə əsaslandırıblar.
Söhbət İT, neft-kimya və neft məhsullarının tədarükü sahəsində konsolidasiya edilmiş vergi ödəyiciləri qrupuna daxil olmayan törəmə şirkətlərdən gedir.
Azpost.info