Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Ukrayna ordusu Rostov vilayətinə raket zərbəsi endirib, güclü partlayış olub

User 28 İyul 2023 - 18:41 (Last updated: 21 May 2025 - 20:15)
85813aee-2d53-11ee-93c1-02420a0000c9_1024

Ukrayna ordusu Rostov vilayətinin Taqanroq şəhərinin infrastrukturlarına “S-200” zenit raket kompleksi ilə zərbə endirib. 

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Ukrayna raketi Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən havada aşkar edilərək ələ keçirilib.

Məlumata görə, vurulmuş Ukrayna raketinin qalıqları Taqanroq ərazisinə düşüb.

“Taqanroqun mərkəzində partlayış nəticəsində 9 nəfər xəstəxanaya yerləşdirilib”, – Rostov vilayətinin qubernatoru Vasili Qolubev bildirib.

Fövqəladə hallar xidməti hadisə yerində işlərini davam etdirir. Fəsadların aradan qaldırılmasına 60 xilasedici və 17 ədəd xüsusi texnika cəlb olunub.

Qolubev əlavə edib ki, partlayışın episentri Taqanroq İncəsənət Muzeyi olub. Binaya, yaxınlıqdakı qarajlara və yardımçı tikililərə ziyan dəyib. Qonşu binada üçüncü mərtəbədəki pəncərələr və çərçivələr sınıb.

Bundan əvvəl “Mash” Teleqram kanalı məlumat vermişdi ki, Taqanroqda “Çexov Sad” restoranında baş verən partlayış nəticəsində bir neçə nəfər dağıntılar altında qalıb. Qurbanların üzərində qəlpə yaraları aşkar edilib.

Qolubevin sözlərinə görə, kafedəki partlayışın ehtimal olunan səbəbi raket zərbəsidir: “15 vətəndaşın tibbi yardıma ehtiyacı olub. Rayon rəhbərliyi dəymiş ziyanı hesablayır”.

Azpost.info

 

Post navigation

Previous: “Rosneft”ə məxsus zavodda partlayış törədən şəxs saxlanılıb
Next: Rostova raket hücumu davam edir

Oxşar xəbərlər

abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01

xƏBƏR

urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
Ürək-damar xəstəlikləri heç də həmişə sinədə kəskin ağrı və ya səhhətin qəfil pisləşməsi ilə müşayiət olunmur. Bəzən...
Read more about Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
Qətərin qaz ixracı 80 faiz azalıb qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.