Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Turizm

Rövşən Rüstəmov: Xəzərdə səviyyənin azalması limanlara çıxış imkanlarında ciddi suallar yaradır

User 09 Sentyabr 2026 - 11:01 (Last updated: 09 Sentyabr 2026 - 11:01)
rovsen rustemov

Azərbaycanın Asiya ilə Avropanın kəsişməsində yerləşməsi onun həm Şərq–Qərb, həm də Şimal–Cənub dəhlizləri üzrə əhəmiyyətini daha da artırır. Dəmir yolu bağlantılarımız isə bu dəhlizlərin inkişafına xüsusi töhfə verməklə Avrasiyanın ümumi logistika zəncirində özünəməxsus yer tutur.

Bunu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM – CICA) çərçivəsində “Limanların regional bağlantı və strateji əməkdaşlıqdakı rolu” mövzusunda keçirilən beynəlxalq konfransda “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov deyib.

Onun sözlərinə görə, dəmir yollarına, limanlara və beynəlxalq tərəfdaşlıqlara yatırılan investisiyalar bu məqsədə xidmət edir. Bizim üstünlüyümüz bazarları birləşdirmək və tərəfdaşlarımıza həmin bazarlara etibarlı çıxış imkanı yaratmaqdan ibarətdir: “Məhz buna görə Prezident cənab İlham Əliyevin strateji baxışı sayəsində Bakı Limanı və Azərbaycan Dəmir Yollarının vahid idarəetmə modeli çərçivəsində birləşdirilib. Ötən il bu birləşmə uğurla başa çatıb. Bu, sadəcə inzibati dəyişiklik deyildi. Bu yanaşma dəmir yolu ilə dəniz nəqliyyatı arasındakı maneələri aradan qaldırır və əməliyyat səmərəliliyinin artırılmasına, daha yaxşı əlaqələndirməyə və yüklərin daha sürətli daşınmasına imkan verir. Məqsədimiz limanın aşırma gücünü daha da artırmaqdır. Bu məqsədlə Bakı Limanının inkişafının ikinci mərhələsi üzərində çalışmalar davam etdirilir. Hazırkı 15 milyon ton illik yükaşırma gücündən əlavə 10 milyon ton gücün artırılması nəzərdə tutulur”

Rövşən Rüstəmov qeyd edib ki, hazırda konteynerlərin emalı üzrə imkanların genişləndirilməsi üzərində ciddi çalışırlar: “Bilirsiniz ki, Bakı Limanının illik konteyner aşırma gücü 100 min TEU üçün dizayn edilmişdi. Ötən il birləşmədən sonra əməliyyat səmərəliliyi hesabına bu rəqəmi 150 min TEU-ya çatdırdıq, bu ilin sonunda isə 200 min TEU olacaq. Hədəfimiz 2027-ci ilin sonunadək aşırma gücünü təxminən 300 min TEU etməkdir. Bu da, bütövlükdə Orta Dəhlizin buraxılış gücünə əlavə töhfə vermiş olacaq. Lakin sektorumuz qarşısında ümumi çağırışlar da var. Xəzər dənizində suyun səviyyəsinin azalması gəmiçilik üçün və limanlara çıxış imkanlarında ciddi suallar yaradır. Bununla yanaşı, beynəlxalq ticarət marşrutları boyunca yaranan gərginliklər və münaqişələr limanlar arasında sıx koordinasiyanı daha da vacib edir”.

ADY rəhbəri vurğulayıb ki, məhz buna görə də AQEM çərçivəsində liman rəhbərləri konfransının keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

AzPost.az

Post navigation

Previous: Rusiyada tutulan şəxs Azərbaycana ekstradisiya edildi –
Next: Ukrayna’dan Novorossiyskə dronlarla hücum: 4 nəfər öldü, 29 nəfər yaralandı

Oxşar xəbərlər

mediatur isma
  • Turizm

İsmayıllıdakı “Basqal” və “Lahıc” qoruqlarına meditur təşkil edilib

User 09 Oktyabr 2026 - 11:00
turizm
  • Turizm

Səyahətdə pula qənaət etməyin yolları

User 07 Oktyabr 2026 - 18:00
icariseher qoruq
  • Turizm

İçərişəhərdə restoranlarla niyə 6 aylıq icarə müqaviləsi bağlanır?

User 25 Sentyabr 2026 - 20:42

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.