“Röyter”in fotomüxbiri Əfqanıstanda öldürülüb

16 İyul 2021 - 14:03

“Röyter” Agentliyinin fotomüxbiri Əfqanıstanda öldürülüb.

Azpost.info bildirir ki, müxbir Daniş Siddiqi Pakistanın sərhəd keçid məntəqəsində əfqan təhlüükəsizlik qüvvələri ilə taliban arasında gedən toqquşma zamanı qətlə yetirilib.

Siddiqi əfqan xüsusi təyinatlılarının tərkibinə işləyirdi.

Rohinca qaçqınları ilə bağlı çəkdiyi fotolarına görə, 2018-ci ildə nufuzulu Pulitser mükafatnı almışdı.