Ruanda soyqırımında təqsirləndirilən şəxs BMT tribunalına təhvil veriləcək

Fransa məhkəməsi Ruanda soyqırımında təqsirləndirilən Felisyen Kabuqanın BMT tribunalına təhvil verilməsi ilə bağlı qərarı təsdiqləyib.55

APA-nın “France 24”-ə istinadən verdiyi xəbərə görə, F. Kabuqa BMT prokurorları tərəfindən soyqırımı və soyqırımı törətməyə təhrik etmədə ittiham edilib.

O, 1994-cü ildə 800 000 tutsi və mötədil hutuları kütləvi surətdə qıran etnik Hutu hərbçilərini maliyyələşdirmək və silahlandırmaqda ittiham olunur.

F.Kabuqa indiyədək Keniya, İsveçrə və daha sonra Fransada gizlənib. May ayının 16-da tutulan 84 yaşlı F. Kabuqa Paris ətrafında saxta adla yaşayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Kürdəxanıda muhafizəçini öldürənlər tutuldu –

Sonrakı məqalə

Qarabağ döyüşçüsü olan sabiq “OMON”-çu komandir-