73 saylı Lənkəran şəhər dairəsindən namizədliyini irəli sürmüş deputat Rüfət Quliyevin namizədliyi qeydə alınıb.
Azpost.info etikxeber.az-a istinadən bildirir ki, R. Quliyev məlumatı təsdiqləyib: “Artıq namizəd kimi qeydə alınmışam. Namizədliyimin qeydə alınmasında, imzatoplama kampaniyamda zəhməti, əməyi keçən hər kəsə də minnətdarlığımı bildirirəm. İndi geniş danışmaq istəmirəm, seçkilərin növbəti mərhələsinə hazırlaşıram”-deyə, R. Quliyev sözlərinə əlavə edib.
Qeyd edək ki, Rüfət Quliyev 4-cü dəfədir seçkilərdə iştirak edir. R.Quliyev iqtisad elmləri doktoru, Azərbaycan Texniki Universitetinin (ATU) professoru və kafedra müdiridir. MM-in Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-İtaliya, Azərbaycan-Hindistan, Azərbaycan-Danimarka parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Həmçinin, MM-in MDB Parlamentlərarası Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvüdür. Ailəlidir, iki övladı var.