Ruhani fərman imzaladı –Qiymətin bahalaşmasından zərər çəkənlərə təzminat ödənəcək

İran prezidenti Həsən Ruhani bazar günü yanacağın qiymətindəki son artım nəticəsində zərər çəkmiş vətəndaşlara maddi təzminat ödəmək barədə fərman imzalayıb. 

TASS xəbər verir ki, bu barədə İran Prezidenti  açıqlamasında deyib.

O bildirib ki, yanacağın qiymətinin artması ilə maddi cəhətdən zərər çəkmiş şəxslərə maddi yardımın ödənilməsi barədə fərman imzalayıb.

Həsən Ruhaninin sözlərinə görə, sözügedən məsələ ilə bağlı dövlət tərəfindən maliyyə dəstəyi sabahdan etibarən ödəniləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gürcüstanda etiraz aksiyaları davam edir –

Sonrakı məqalə

Azərbaycanın əsas ticarət tərəfdaşları hansı ölkələrdir? –