Gürcüstanda etiraz aksiyaları davam edir –Müxalifət parlament binasının giriş qapılarını bağlayıb

Gürcüstan müxalifəti Tbilisidə parlament binasının qarşısında etiraz aksiyasını davam etdirir.

AZƏRTAC xəbər verir ki, müxalifət nümayəndələri artıq parlamentin bütün giriş-çıxış qapılarını bağlayıb. Qapılara qıfıl vurulub. Eyni zamanda, parlamentin qapılarının qarşısında çadırlar qurulub.

Aksiya iştirakçıları bildiriblər ki, heç bir deputat qanunverici orqana buraxılmayacaq. Hələlik aksiya dinc şəkildə davam edir və qarşıdurma olmayıb.

Polis təhlükəsizliyi təmin edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Həkimlər Serbiya Prezidentinin həyatını xilas edib

Sonrakı məqalə

Ruhani fərman imzaladı –