Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Rumıniya Bakıda Milli Gününü qeyd edib –

User 01 Dekabr 2022 - 23:29 (Last updated: 21 May 2025 - 20:15)
rumin01

Rumıniyanın Milli Gününə və Rumıniya-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 30 illiyi ilə bağlı bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.

Səfir Vasile Soare çıxış edərək ölkəsinin tarixindən və əldə etdiyi uğurlardan söz açıb: “1 dekabr 1918-ci ildə, Birinci Dünya Müharibəsi başa çatdıqdan sonra, Rusiya və Avstriya-Macarıstan imperiyalarının parçalanması nəticəsində Rumıniyanın mərkəzində yerləşən Alba Yuliyada Ölkədən və tarixi əyalətlər olan Bessarabiya, Bukovina və Transilvaniyadan olan bütün Rumınların Böyük Birliyi elan edilib. Yüz illər sonra Rumınlar öz Unitar Milli Dövlətini – Rumıniyanı qurmağa nail olub”.

Beynəlxalq hüquq prinsiplərinə sadiq qalaraq, beynəlxalq münasibətlərdə təhlükəsizlik və mehriban qonşuluq mühitinin təmin edilməsi, “Dəmir Pərdənin” süqutu ilə başlayan geniş modernləşmə və islahatlar prosesindən sonra Rumıniya 2004-cü ildə NATO-ya, 2007-ci ildə isə Avropa İttifaqına qoşularaq bir çox digər beynəlxalq təşkilatların fəal üzvü olub və bu gün qonşuluğunda – Qərbi Balkanlarda və Qara Dənizin genişlənmiş regionlarında məsuliyyətli siyasətini təşviq etməkdədir.

Azərbaycanla münasibətlərə toxunan səfir,  Rumıniyanın 1991-ci ilin 11 dekabr tarixində Türkiyədən sonra dünyada Azərbaycan dövlətinin müstəqilliyini tanıyan ikinci dövlət olmasından qürur duyduğunu vurğulayıb. 1992-ci ilin 19 iyununda Rumıniya ilə Azərbaycan Respublikası arasında səfirliklər səviyyəsində diplomatik əlaqələr qurulub. 2009-cu ildə isə Rumıniya Azərbaycan ilə Strateji Tərəfdaşlıq Münasibətləri haqqında Bəyannaməni yüksək səviyyədə təklif edən və bunu imzalayan ilk Aİ üzv dövləti olması və aşağıda imza edənin bu prosesin birbaşa iştirakçısı olması ilə tarixə düşüb.

Diplomat deyib ki, 30 il ərzində Rumıniya ilə Azərbaycan arasında əlaqələr bir çox sahələrdə – siyasi, diplomatik, iqtisadi, enerji, nəqliyyat və bağlantı, mədəniyyət və təhsil sahələrində, eləcə də iki cəmiyyət və xalqlar səviyyəsində nəzərəçarpacaq dərəcədə inkişaf edib. Rumınlar və Azərbaycanlılar arasında güclü layihələr həyata keçirilib: Buxarestdə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin büstünün açılışı olub və SOCAR Rumıniyanın yanacaq bazarına daxil olaraq özünün ilk xarici nümayəndəliyini açıb; Bakıda dahi rumın bəstəkarı George Eneskunun abidəsinin açılışı olub; Bakıda Xarici Dillər Universitetində Rumın Dili, Mədəniyyəti və Sivilizasiyası Mərkəzi fəaliyyət göstərməkdədir və bu yaxınlarda İasi Universitetində Azərbaycan Multikulturalizmi Mərkəzi açılıb; Rumıniya və Azərbaycan ədəbiyyatı klassiklərinin şah əsərləri iki ölkədə tərcümə edilib; daimi olaraq müxtəlif mədəni mübadilələr aparılmaqdadır.

Beynəlxalq səviyyədə, Rumıniya beynəlxalq hüququn prinsiplərinə dayanaraq, bütün qonşuları ilə münasibətləri normallaşdırması ilə Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizlik mühitinin əldə edilməsinə yönəlmiş səylərində Azərbaycanın vicdanlı dostu, tərəfdaşı və dəstəkçisi olmuş və olmaqda davam etməkdədir.

“2022-ci ilin əvvəlindən Rumıniya Azərbaycanla  siyasi-diplomatik dialoqun və sektorlararası əməkdaşlığın gücləndirilməsi üzərində fəal çalışır ki, bu da artıq öz nəticəsini verməkdədir: 2022-ci ilin iyununda Birgə Hökumətlərarası İqtisadi Komissiyanın işi bərpa edilib; Əmək və Əhalinin Sosial Müdafiəsi sahəsində perspektivli layihələr həyata keçirilməkdədir; Energetika sahəsində Rumıniya və Azərbaycan Şərqi və Mərkəzi Avropa məkanının enerji təhlükəsizliyinin təmin edilməsinə təsir göstərən, qarşılıqlı maraq doğuran – Xəzər dənizinin Azərbaycan sahillərindəki alternativ mənbələrindən təbii qaz və elektrik enerjisinin nəqli  – layihələri kimi birgə möhkəm layihələr həyata keçirməyi təklif etməkdədirlər; Nəqliyyat və bağlantı sahəsində ölkələrimiz Bakı və Konstansa limanları vasitəsilə ideal coğrafi kəsişmə nöqtələri olan Avropa və Asiyanı birləşdirən Orta Dəhliz konsolidasiyasında maraqlıdırlar. Bu kimi başqa nümunələr də sadalamaq olar”.

Azərbaycan hökuməti adından rumın xalqını bayram münasibətilə təbrik edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu, iqtisadi, ticari əlaqələrin geniş səpkidə inkişaf etdiyini vurğulayıb. Deyib ki, bu ilin 10 ayı ərzində Azərbaycanla Rumıniya arasında ticarət dövroyyəsi 2,3 dəfə artıb. Azərbaycanın Rumıniyaya qoyduğu investisiyanın həcmi 100 milyon dolları keçib. Hər iki ölkənin şirkətləri bir-birlərinin ərazisində aktiv fəaliyyət göstərir.

Azpost.info

Post navigation

Previous: Leyla Əliyeva və Emin övladlarının ad gününü birgə qeyd etdilər –
Next: “Sülhməramlılar müraciətlərimizə məhəl qoymur” –

Oxşar xəbərlər

Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55
hava proqnozu haqqında
  • Sosial

Noyabrın 1-nə olan hava proqnozu

User 31 Oktyabr 2026 - 13:03
xalca sexi
  • Sosial

Azərbaycanda xalça istehsalı 61 dəfədən çox artıb

User 31 Oktyabr 2026 - 12:16

xƏBƏR

dollar qizil
  • İqtisadiyyat

Azərbaycanın qızıl ixracı 31,6 faiz artıb

User 01 Noyabr 2026 - 16:15
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycandan 313,1 milyon ABŞ dolları dəyərində qızıl ixrac edilib. Bu göstərici 2025-ci ilin...
Read more about Azərbaycanın qızıl ixracı 31,6 faiz artıb
Süni intellekt bumeranqı – Şirkətlər işdən çıxardıqları əməkdaşları geri çağırır suni intelekt is
  • Media

Süni intellekt bumeranqı – Şirkətlər işdən çıxardıqları əməkdaşları geri çağırır

User 01 Noyabr 2026 - 16:00
Yağ qiymətlərində kəskin bahalaşma – İstehsal azalır, idxal artır kere yaqi
  • İqtisadiyyat

Yağ qiymətlərində kəskin bahalaşma – İstehsal azalır, idxal artır

User 01 Noyabr 2026 - 15:39
Media və Yayım Şurası Bəyanat yaydı – “Jurnalistlərə qarşı zorakılıq narahatlıq doğurur” beyanat
  • Media

Media və Yayım Şurası Bəyanat yaydı – “Jurnalistlərə qarşı zorakılıq narahatlıq doğurur”

User 01 Noyabr 2026 - 14:05
Bakıda APA TV -nin əməkdaşı döyülüb – YENİLƏNİB jurnalist doy
  • Media

Bakıda APA TV -nin əməkdaşı döyülüb – YENİLƏNİB

User 01 Noyabr 2026 - 11:32
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.