“Rus biznesmenlərinin siyasi rəhbərliyə heç bir təsiri yoxdur” – MEDVEDYEV

“Qərb Rusiya biznesini məhdudlaşdırmaqla hakimiyyətə hansısa şəkildə təsir edəcəyini guman edirsə, bu axmaqlıqdır. Rusiyanın biznesmenlərindən heç biri Rusiya rəhbərliyinin mövqeyini dəyişdirmək gücündə deyil”.

Azpost.info bildirir ki, bu barədə Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev RİA Novosti-yə müsahibəsində bildirib.

“Biznes bizim cəmiyyətimizin bir hissəsidir. Amma onlar, necə deyərlər, günahsızdırlar. Gəlin özümüzə bir sual verək: bu böyük biznesdən heç olmasa biri ölkə rəhbərliyinin mövqeyinə bir zərrə qədər təsir edə bilərmi? Mən sizə birbaşa deyirəm: Heç bir şəkildə!- deyə, “Medvedev vurğulayıb.

Onun sözlərinə görə, hökumətlə biznesin müxtəlif vəzifələri var: “Dövləti idarə edənlər ilk növbədə, bütün ölkənin maraqlarını, Rusiya xalqının mənafeyini rəhbər tutur. Öz biznesini idarə edən isə öz maraqlarını güdür. Ona görə də Rusiya biznesini məhdudlaşdırmaqla hakimiyyətə təsir edəcəklərinə ümid etmək sadəcə axmaqlıqdır”, – deyə Medvedyev bildirib.

Əvvəlki məqalə

Bayden və Aİ liderləri yeni sanksiyaları müzakirə edib

Sonrakı məqalə

Türkiyə ruslar üçün ən populyar turizm ölkəsidir –