Türkiyə ruslar üçün ən populyar turizm ölkəsidir –ARAŞDIRMA

Rusiya vətəndaşları üçün Türkiyə dincəlmək üçün ən populyar xarici ölkəyə çevrilib.

Azpost.info bildirir ki, bu barədə turizm üzrə onlayn xidmət göstərən Travelata.ru-nun araşdırmasında deyilir.

Araşdırmada bildirilir ki, ruslar aprel-may ayları üzrə tətil planlaşdırmalarında ən çox Türkiyəyə üstünlük verib.

“Məzənənin artımı və hava nəqliyyatının mürəkkəbliyi istirahət edənləri dayandırmır. Ruslar artıq aprel və may ayları üçün xaricə səfərlər planlaşdırıblar. Turistlərin 66 faizi Türkiyəyə getməyə hazırlaşır”, – deyə ekspertlər açıqlayıblar.

“Türkiyədə istirahətin təşkili üçün turoperatorlar artıq yeni şərtlərlə çalışır, yaz və yay üçün uçuş proqramları hazırlayırlar. Hazırda xarici kurortların pərəstişkarlarının 50%-dən çoxu yay üçün bu istiqaməti seçib”, – Travelata.ru-nun marketinq direktoru Oleq Kozırev vurğulayıb.

Ekspertlərin fikrincə, populyarlıq baxımından Türkiyədən sonra Misir, Birləşmiş Ərəb Əmirlikləri və Abxaziya gəlir. Analitiklər bildiriblər ki, rusiyalı turistlər bu yaz doqquz günlük səyahətə üstünlük verirlər. Turun qiyməti orta hesabla 119 min rubl təşkil edir.

Əvvəlki məqalə

“Rus biznesmenlərinin siyasi rəhbərliyə heç bir təsiri yoxdur” – MEDVEDYEV

Sonrakı məqalə

“Burak Yılmaza dedim ki, fəxr eləməlisən…” –