“Rus oliqarxlarının təyyarələri sanksiyadan yayınaraq Avropa üzərindən uçur” –“Welt”

Rusiyalı iş adamlarının şəxsi təyyarə və helikopterləri sanksiyalara baxmayaraq, Avropa İttifaqı (Aİ) üzərindən uçuşlarını davam etdirir.

Azpost.info xəbər verir ki, bunu “Welt am Sonntag” uçuş izləmə xidmətlərinin məlumatlarına istinadən yazıb. Qəzetin məlumatına görə, sanksiyalar tətbiq etdiyi vaxtdan bəri Aİ ərazisi üzərindən ruslara məxsus 30-a yaxın təyyarə uçub: “Martın ortalarında Britaniya hökuməti “Cessna” təyyarəsinin uçuşunu dayandırıb. Təyyarənin milyarder Yevgeni Şvidlerə məxsus olduğu iddia edilir.

Londonda müsadirə edilməzdən əvvəl iş adamının şəxsi təyyarəsi Avropa İttifaqı ərazisindən səkkiz dəfə uçub”. Bundan başqa, martın 2-də San Marinoda qeydiyyatda olan və İsveçrə şirkətinin idarə etdiyi T7-7AA qeydiyyat nömrəli təyyarə Nitsadan İstanbula uçub. Qəzet yazır ki, təyyarə iş adamı Albert Avdolyana məxsusdur. Viktor Vekselberqlə əlaqəsi olan Lüksemburq qeydiyyatlı təyyarə isə aprel ayında Bazeldən ayrılaraq Nur-Sultana uçub.

Eyni zamanda, iş adamı Aleksandr Zanadvorovun helikopteri Fransa üzərində azı səkkiz dəfə uçub. “Rusiyadan kənarda qeydiyyatdan keçmiş və qeyri-rus şirkətlərinə məxsus biznes təyyarələri və helikopterlərə qarşı sanksiyaların tətbiqi qeyri-şəffaf mülkiyyət strukturlarına görə bəzən çətin olur”, – adı açıqlanmayan Aİ rəsmisi nəşrə bildirib.

Aİ və ABŞ öz səmasını Rusiya təyyarələri üçün bağlayıb. Bu sanksiya Rusiyanın Ukraynada başladığı hərbi əməliyyata cavab olaraq tətbiq edilib.

Azpost.info

Əvvəlki məqalə

Sabah Şuşada beynəlxalq konfrans keçiriləcək

Sonrakı məqalə

ABŞ Çinə sərmayələrini məhdudlaşdıracaq –