Rusiya prezidenti Vladimir Putin xalqın və Silahlı Qüvvələrin qiyamçıları dəstəkləmədiyini bildirib.
Azpost.info xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Qiyamı dayandırmağa kömək edən hərbçilər və hüquq-mühafizə orqanlarının əməkdaşları qarşısında çıxışı zamanı Putin qeyd edib ki, qiyama cəhd edənlər ordunun və xalqın yanlarında olmadığını gördülər.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının nümayəndələrinin fəaliyyəti sayəsində ölkədə vətəndaş müharibəsinin qarşısı alınıb: “Hüquq-mühafizə orqanlarının çevik və dəqiq müdaxiləsi ölkədə vəziyyətin son dərəcə təhlükəli inkişafını dayandırmağa – mülki itkilərin qarşısını almağa imkan verdi. Siz vətəndaş müharibəsini dayandırdınız. Sizin qətiyyətiniz və cəmiyyətin konsolidasiyası qiyamın yatırılmasında həlledici rol oynadı”.
Putin onu da qeyd edib ki, həlak olan pilotlar iyunun 24-də öz vəzifələrini şərəflə yerinə yetiriblər.
Rusiya prezidenti həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Azpost.info