Rusiya ən çox silah satdığı ölkələrin coğrafiyasını açıqlayıb.
Azpost.info bildirir ki, bu barədə “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev məlumat verib. Onun sözlərinə görə, Yaxın Şərq və Şimali Afrika ölkələri Rusiyanın hərbi sifarişlərin yarısını təşkil edir. Bu hərbi-texniki əməkdaşlıq isə 52 milyard dollardan çoxdur.
“Ənənəvi olaraq Yaxın Şərq və Şimali Afrika ölkələrinin sifarişləri ümumi sifariş portfelinin yarısını təşkil edir”-deyə Mixeyev Dubayda sərgidə bildirib.
Onun sözlərinə görə, bu gün bu balans göstəricilərində ciddi dəyişiklik üçün heç bir səbəb yoxdur.