Kreml Rusiya prezidentinin Suriya üzrə nümayəndəsi Aleksandr Lavrentyevin Əsəd-Ərdoğan görüşü ilə bağlı açıqlamasını şərh edib.
Azpost.info xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov hələlik bu görüşlə bağlı heç bir konkretlik olmadığını bildirib.
“Hələlik heç bir konkretlik yoxdur, lakin potensial imkan var”, – Peskov deyib.
Peskov həmçinin vurğulayıb ki, bu cür təmaslar xoşdur və Rusiya tərəfi buna hər cür töhfə verməyə hazırdır: “Rusiya prezidenti Vladimir Putin dəfələrlə bildirib ki, regionda və Suriya ətrafında sülh və sabitliyin bərqərar olması naminə ölkə liderləri arasında təmaslar alqışlanır”.
Qeyd edək ki, xüsusi nümayəndə Lavrentyev Moskvanın Suriya və Türkiyə prezidentləri Bəşər Əsəd və Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirməyə çalışdığını deyib.
Azpost.info
