“Rusiya ədalətli dünya nizamının tərəfdarıdır”- VOLODİN

“Rusiya ədalətli dünya nizamının tərəfdarıdır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Dumasının sədri Vyaçeslav Volodin bildirib.

“Rusiya ədalətli dünya nizamının, çoxqütblü dünyanın tərəfdarıdır. Bu, digər dövlətlər üçün də çox vacibdir. Təbii ki, onlar öz xalqlarını düşünürlərsə”, – Volodin deyib.

Onun fikrincə, yalnız suveren dövlət insanın mədəniyyətinə, tarixinə, dilinə, adət-ənənələrinə və dininə hörmət əsasında inkişafını təmin edə bilər: “Suverenliyini itirmiş ölkə bunu edə bilməyəcək. Vətəndaşlar dinə, mədəniyyətə, adət-ənənələrə etiqad etməyə, onları əsarət altına alan ölkənin tarixini öyrənməyə məhkum olacaqlar”.

Azpost.info

Əvvəlki məqalə

Latviya Rusiya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salır

Sonrakı məqalə

“İsveç və Finlandiya Türkiyənin tələblərini rədd edir”