Bu il Rusiyada iki ordu və Silahlı Qüvvələrin yeni bölmələri yaradılacaq.
Azpost.info bildirir ki, bu barədə Baş Qərargah rəisinin müavini, general-polkovnik Yevgeni Burdinski Müdafiə Nazirliyinin “Rusiyanın hərbi komissarlıqları” jurnalında dərc olunmuş məqaləsində bildirib.
Onun sözlərinə görə, bu il Rusiya Silahlı Qüvvələrində iki ordu, bir ordu korpusu, yeni hərbi-dəniz rayonu, beş diviziya, 26 briqada və iki hərbi dairə yaradılacaq”,
“2023-cü ildə birləşmiş silah və hava qoşunlarının, ordu korpusunun, Azov dəniz bölgəsinin, beş diviziyanın və 26 briqadanın formalaşdırılması, Moskva və Leninqrad hərbi dairələrinin yaradılması üçün təşkilati və kadr dəstəyini vaxtında təmin etmək lazımdır”-deyə Burdinski qeyd edib.
Xatırladaq ki, müdafiə naziri Sergey Şoyqu 2022-ci ilin dekabrında Silahlı Qüvvələrin sayının 1,5 milyon nəfərə çatdırılması ilə bağlı iclas keçirib.
Azpost.info