Rusiya 200-dən çox hərbçini və mülki şəxsi Ukraynaya qaytarıb.
Azpost.info bildirir ki, bu barədə prezident Zelenski bəyan edib.
Geri qaytarılmış əsirlər arasında Silahlı Qüvvələrin, Milli Qvardiyanın, Hərbi Dəniz Qüvvələrinin və Sərhəd qoşunlarının hərbçiləri var.
Onlardan bəziləri Mariupol və Azovstalda döyüşüb.
“İnsanlarımız evdədir. Bu gün 200-dən çox döyüşçünü və mülki şəxsi rus əsirliyindən qaytardıq.
Bütün çətinliklərə rəğmən insanlarımızı evinə gətirən hər kəsə təşəkkür edirəm. Hələ də rus əsarətində olan bütün insanlarımızı geri qaytarmaq üçün hər cür səy göstəririk”-deyə Zelenski qeyd edib.