"Rusiya ABŞ-ın Venesuelaya qarşı beynəlxalq təcavüz aktını pisləyir". Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurasının iclasında deyib. Nebenzyanın sözlərinə görə, ABŞ-ın Karakasda etdiklərinə heç cür haqq qazandırmaq mümkün deyil: "Rusiya ABŞ-ı Venesuelanın seçilmiş prezidenti Nikolas Maduronu azad etməyə çağırır". "Rusiya ümid edir ki, Amerikanın bu hərəkətləri digər ölkələr tərəfindən obyektiv qiymətləndiriləcək", - daimi nümayəndə əlavə edib.

AzPost.az