“Rusiya adekvat cavab verməsə, terror aktları yenidən törədiləcək”– Dumanın deputatı

Dövlət Dumasının “Vahid Rusiya”dan olan deputatı Oleq Morozov Krım körpüsündə baş verən partlayışı “qaydasız müharibə elanı” adlandırıb.

Azpost.info xəbər verir ki, deputatın sözlərinə görə, Rusiyaya qarşı açıq-aşkar terror müharibəsi aparılır.

“Krım körpüsündə çoxdan elan edilmiş terror aktı artıq sadəcə çağırış deyil, bu, qaydasız müharibə elanıdır”, – Morozov bildirib.

O əlavə edib ki, Rusiya adekvat cavab verməlidir, əks halda bu cür terror aktları yenidən törədiləcək.

Azpost.info

Əvvəlki məqalə

İstintaq Komitəsi Krım körpüsündə partlayışla bağlı cinayət işi açıb

Sonrakı məqalə

Baş Prokurorluq sabiq məktəb direktorunun iddialarına münasibət bildirib