Rusiyaya tədarükləri dayandırıldıqdan sonra “Airbus” və “Boeing”i əvəz etmək üçün nəzərdə tutulan yeni rus təyyarəsi “MS-21” rəqiblərindən daha bahalıdır.
Azpost.info xəbər verir ki, bir “MS-21” təyyarəsinin qiyməti 4,3-4,6 milyard rubl və ya 50-54 milyon dollar qiymətləndirilir.
“Kommersant” bunu aviaşirkətlərin Dövlət Nəqliyyat Lizinq Şirkətindən aldığı təkliflərə istinadən yazır.
“Airbus” A320/A321 və “Boeing” 737-800 və MAX laynerlərinin bazar qiyməti 50 milyonu keçmir və çox vaxt daha aşağı olur.
Aviasiya sənayesi mənbələri deyirlər ki, Rusiya öz sinfində ən bahalı təyyarələrdən birini hazırlayıb. Eyni zamanda, onlar qeyd edirlər ki, “MS-21”in həm özü, həm də onun resursu böyük sürpriz olaraq qalır.
“MS-21” xarici analoqlarından daha ucuz ola bilməzdi. Rusiyada materialların və komponentlərin alınması, istehsalı çox başa gəlir”, – aviasiya sənayesindəki mənbə deyib.
Azpost.info