“Rusiya Avropa Birliyi üçün təhlükədir” –

Ali Nümayəndə Jozef Borrel
10 Yanvar 2022 - 08:49

“Ukraynaya qarşı təcavüz edəcəyi təqdirdə Rusiyanı “böyük xərclər” gözləyir”.

Bunu Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozef Borrel öz bloqunda yazıb.

J.Borrel təhlükəsizlik zəmanətləri ilə bağlı da Rusiyanın təkliflərini tənqid edib. O, Rusiyanı Avropa birliyinə təhlükə kimi gördüyünü vurğulayıb.

Qeyd edək ki, Borrell daha əvvəl bəyan etmişdi ki, Rusiyanın Ukrayna ilə bağlı şərt qoymağa haqqı yoxdur. O, həmçinin, Avropa təhlükəsizliyinin arxitekturasının avropalıların özlərinin iştirakı olmadan müzakirə olunmasından da narazılığını bildirmişdi.