Rusiya Azərbaycanla sərhəddə COVİD-lə bağlı qoyulmuş məhdudiyyətləri ləğv edir.
Azpost.info bildirir ki, bu barədə Rusiyanın koronavirusla mübarizə ilə bağlı Operativ Qərargahından KİV üçün açıqlamada bildirilir.
“Rusiya iyulun 15-dən öz quru sərhədlərinin giriş-çıxışına qoyulmuş məhdudiyyəti götürür”-deyə açıqlamada deyilir.
Bu məhdudiyyətlər 2020-ci ildə tətbiq edilmişdi.
