Rusiya Azərbaycan və Ermənistana sülh sazişi üçün platforma təklif etdi

Rusiya Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün platforma təqdim etməyə hazırdır.

Azpost.info TASS-a istinadən bildirir bu sözləri Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Peterburq İqtisadi Forumunda çıxışı zamanı deyib.

“Əvvəlki kimi, biz Bakı və İrəvana nəqliyyat və iqtisadi əlaqələrin açılmasında, humanitar məsələlərin həllində və sülh müqaviləsinin imzalanması üçün Rusiya platformasının hazırlanmasında və təmin edilməsində kömək etməyə hazırıq”-deyə rusiyalı diplomat vurğulayıb.

O qeyd edib ki, Rusiya 2020-2022-ci illərdə Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən əldə edilən üçtərəfli razılaşmalara uyğun olaraq münasibətlərin tam və hərtərəfli normallaşdırılmasına yönəlmiş Azərbaycan və Ermənistanın səylərini ardıcıl olaraq dəstəkləyir.

“Rusiya, İran, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstanı – yəni Cənubi Qafqaz ölkələrini və onların tarixi qonşularını birləşdirən 3+3 regional əməkdaşlıq platformasında əhəmiyyətli potensial görürük”- deyə Qaluzin bildirib.

O, aydınlıq gətirib ki, bu mexanizm regionun problemlərinin region ölkələrinin özləri və qonşuları tərəfindən dağıdıcı xarici müdaxilə olmadan həll edilməsini asanlaşdırmaq üçün nəzərdə tutulub.

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.