Rusiya Belarus ərazisində nüvə silahları yerləşdirir.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.
O iyulun 1-də Belarusda taktiki nüvə silahları üçün anbarın tikintisini başa çatdıracaqlarını söyləyib.
“Rusiya öz nüvə silahlarını Belarusa ötürmür, ABŞ-ın onilliklər ərzində etdiklərini edir”, deyə Rusiya prezidenti vurğulayıb.