“Rusiya bu zərbələrin hesabını verəcək…” –Bayden Ukraynaya raket hucumunu pislədi

ABŞ prezzidenti Bayden Ukraynaya raket zərbələrini pisləyib. 

Azpost.info “Qolos Ameriki” radiosuna istinadən bildirir ki, Bayden bunu Putinin Ukrayna xalqına qəddarlığını nümayiş etdirib.

“ABŞ Ukrayna ərazilərinə və Kiyevə bugünkü raket hucumlarını qətiyyətlə pisləyir. Həlak olanların ailələrinə başsağlığı verirəm”.

Bayden bəyan edib ki, “bu zərbələr bizim Ukrayna xalqına olan dəstəyimizi daha möhkəmləndirir”. “Rusiyanın bu təcavüzün hesabını hiss etməsi üçün biz müttəfiqlərimizlə birgə lazım olan bütün işləri görməkdə davam edəcəyik”.

Bayden Rusiyanı təcavüzü dayandırmağa, ordunu Ukraynadan çıxarmağa çağırıb. Prezident hərbi cinaəytlərə görə Putini və Rusiyanı məsuliyyətə cəlb olunması üçün hər şeyi edəcəklərini vəd edib.

 

Əvvəlki məqalə

ABŞ Dövlət katibi Blinken prezident İlham Əliyevlə telefonla danışıb –

Sonrakı məqalə

Ermənistanın Gəncədə törətdiyi terrordan iki il ötür