“Rusiya-Çin münasibətləri dünyada sabitliyin artırılması üçün vacibdir”- PUTİN

“Rusiya və Çin həmişə ən çətin məsələlərin həllində kompromis əldə etməyə çalışırlar”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Çin Mərkəzi Televiziyasına müsahibəsində deyib.

“Biz həmişə istənilən məsələdə kompromis tapmağa çalışmışıq. Hətta bunlar bizə əvvəlki dövrlərdən miras qalmış bəzi mürəkkəb məsələlər olsa belə. Moskva və Pekin milli maraqların prioritet olmasına baxmayaraq, tərəflərin maraqlarını nəzərə alır. Rusiya-Çin münasibətlərinin qorunub saxlanması dünyada sabitliyin artırılması üçün vacibdir”, – Putin bildirib.

Rusiya prezidenti hesab edir ki, Moskva Pekinlə münasibətləri gücləndirməklə düzgün seçim edir. O, Çinlə münasibətlərin onilliklər ərzində diqqətlə və sakit şəkildə qurulduğunu bildirib.

Azpost.info

Əvvəlki məqalə

1 ayda “qara bazar”da 5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb

Sonrakı məqalə

Lənkəran-Astara Təhsil İdarəsinin müdiri nazir müavini təyin edilib