Rusiya, Çin və İran Oman körfəzində birgə təlimlər keçirir- Martın 19-dək davam edəcək

Rusiya, Çin və İran martın 15-dən 19-dək Oman körfəzində birgə hərbi dəniz təlimləri keçirəcək.

Azpost.info xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərdə bir sıra başqa ölkələrin də iştirakı nəzərdə tutulub.

“Çin, İran, Rusiya və digər ölkələrin Hərbi Dəniz Qüvvələri martın 15-dən 19-dək Oman körfəzində “Dəniz təhlükəsizlik kəməri 2023” birgə hərbi dəniz təlimləri keçirəcək”, – nazirlik bildirib.

Azpost.info

Əvvəlki məqalə

Türkiyə və Rusiya arasında raket müqaviləsi ilə bağlı narazılıq yaranıb

Sonrakı məqalə

Tikintiyə nəzarət sərtləşdirilir