Rusiya əcnəbilər üçün vizaların rüsumunu iki dəfə artırır

Rusiya
Rusiya

Rusiya Xarici İşlər Nazirliyi əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün təcili Rusiya vizalarının rəsmiləşdirilməsi ilə bağlı konsulluq rüsumlarının iki dəfə artırılmasını təklif edib.

RIA Novosti-nin xəbərinə görə, bununla bağlı qərar layihəsi rəsmi hüquqi informasiya portalında yerləşdirilib.

Söhbət 3 gün ərzində rəsmiləşdirilən birdəfəlik, ikidəfəlik və çoxdəfəlik vizalardan gedir.

Layihə təsdiqlənərsə, təcili vizaların qiyməti belə olacaq:

birdəfəlik viza – 100 dollardan 200 dollara;

ikidəfəlik viza – 160 dollardan 320 dollara;

çoxdəfəlik viza – 300 dollardan 600 dollara.

Hazırda sənəd müstəqil antikorrupsiya ekspertizasından keçirilir. Qərar layihəsi qəbul olunarsa, Rusiya vizasını qısa müddətdə almaq istəyən əcnəbilər üçün xərclər əhəmiyyətli dərəcədə artacaq.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.