Rusiya COVİD 19-a yoluxma sayına görə ilk “beş”liyə daxil olub

06 May 2020 - 12:03

Rusiya yeni növ koronavirusa yoluxanların sayına görə dünya ölkələrinin ilk “beş”liyinə daxil olub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya bu gün Almaniyanı qabaqlayaraq koronavirusa yoluxma hallarının sayına görə dünya ölkələri sırasında beşinci pilləyə yüksəlib.

Operativ Qərargahın son məlumatında ölkə ərazisində COVİD-19-a yoluxanların sayı 165 929 nəfərdir.

Almaniyada isə yeni növ koronavirusa yoluxanların sayı Robert Kox adına İnstitutun məlumatına əsasən bu gün 164 807 nəfər olub.

Siyahıda yeddinci yeri 132 967 yoluxma ilə Fransa tutur.