Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Rusiya DİN azərbaycanlılara qarşı keçirilən əməliyyat barədə birgə məlumat yayıb

User 28 İyun 2025 - 11:40 (Last updated: 28 İyun 2025 - 11:40)
rusiya istinaq

Rusiya Federasiyasının regional İstintaq Komitəsi və Rusiya Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş İdarəsi Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən əməliyyat barədə birgə məlumat yayıb.

Məlumatda Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti regional idarəsinin Rusiya Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin əməkdaşları ilə birgə Rusiya Qvardiyasının Xüsusi Çevik Hücum Dəstəsinin (SOBR) döyüşçülərinin dəstəyi ilə iyulun 27-də ötən illərdə törədilmiş cinayətlər üzrə cinayət işlərinin istintaqı çərçivəsində bir sıra tədbirlər həyata keçirdikləri bildirilib.

Qeyd olunub ki, ötən illər ərzində Yekaterinburqda baş vermiş bir sıra cinayətlər törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb və həmin şəxslərin yaşayış yerlərində də axtarışlar aparılıb, onların istintaq altında olan cinayətlərdə və digər cinayətlərdə iştirakları yoxlanılır.

İstintaq maraqları naminə indiki mərhələdə ətraflı məlumatın açıqlanmadığı bildirilib.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Yekaterinburqda azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə əməliyyat keçirilib. Əslən Ağdamdan olan Səfərovlar ailəsinin əksər üzvləri tutulub. Əməliyyat zamanı iki qardaş Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb. Daha 9 nəfər isə saxlanılıb.
Məlumata görə, 3 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilib.

Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı bəyanat yayıb.

AzPost.az

Post navigation

Previous: Qanaxmanı 15 saniyəyə dayandıran məhsul hazırlanıb
Next: İsti havada hansı dərmanlar ehtiyatla qəbul edilməlidir?

Oxşar xəbərlər

neft kemer
  • Baş Yazı

Neft 77 dollara düşə bilər – Azərbaycanın büdcəsinə necə təsir edəcək? / TƏHLİL

User 20 Noyabr 2026 - 11:52
surusme badadar
  • Baş Yazı

Badamdarda sürüşmə – İnsanlar təxliyə olunur

User 19 Noyabr 2026 - 18:19
trap putin si
  • Baş Yazı

Putin, Si Cinpin və Tramp arasında üçtərəfli görüş başladı -VİDEO

User 19 Noyabr 2026 - 12:37

xƏBƏR

DYP
  • Sosial

DYP sürücülərə müraciət etdi – Bu yolda hərəkət məhdudlaşacaq

User 20 Noyabr 2026 - 13:05
21 noyabr tarixində saat 23:00-dan 05:45-dək metronun “Koroğlu” stansiyasından Hava limanı istiqamətində yol hərəkəti təhlükəsizliyinin təkmilləşdirilməsi işlər...
Read more about DYP sürücülərə müraciət etdi – Bu yolda hərəkət məhdudlaşacaq
“Trendyol”da “Əfsanə günlər ” başlayır 1200x800 (1)
  • Media

“Trendyol”da “Əfsanə günlər ” başlayır

User 20 Noyabr 2026 - 12:43
“Tramp İran məsələsində Rusiya və Çindən kömək istəyib” – Tofiq Zülfüqarov tofiq zülfüqarov
  • Siyasət

“Tramp İran məsələsində Rusiya və Çindən kömək istəyib” – Tofiq Zülfüqarov

User 20 Noyabr 2026 - 12:04
Neft 77 dollara düşə bilər – Azərbaycanın büdcəsinə necə təsir edəcək? / TƏHLİL neft kemer
  • Baş Yazı

Neft 77 dollara düşə bilər – Azərbaycanın büdcəsinə necə təsir edəcək? / TƏHLİL

User 20 Noyabr 2026 - 11:52
Bir ömrün nurlu hekayəti- Əsl müəllim portreti foto esas
  • Sosial

Bir ömrün nurlu hekayəti- Əsl müəllim portreti

User 20 Noyabr 2026 - 11:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.