Rusiya Daxili İşlər Nazirliyinin əmıkdaşı – rəis müavini Vyaçeslav Ponomaryov Ermənistanın paytaxtında iş yerində ölüb.
Azpost.info xəbər verir ki, ölümün səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.
V.Ponomaryovun 37 yaşı var idi.
Faktla bağlı adam öldürmə maddəsi ilə iş açılıb. Ermənistan qanunvericiliyinə görə, ekspertiza ölümün dəqiq səbəbini müəyyən edənə qədər belə bir prosedur nəzərdə tutulub.
Azpost.info