Rusiya “dost olmayan” ölkələrin sayını artırdı- ADLAR

Rusiya hökuməti rus diplomatlarına qarşı qeyri-dost hərəkətlər edən ölkələrin siyahısını genişləndirib.

Azpost.info xəbər verir ki, siyahıya Yunanıstan, Danimarka, Sloveniya, Xorvatiya və Slovakiya da daxil edilib.

Onların Rusiya ərazisində yerləşən səfirlik, konsulluq və dövlət qurumlarının nümayəndəliklərində işçi götürmək imkanları məhdudlaşdırılacaq.

“Yunanıstana 34, Danimarkaya 20, Slovakiyaya 16 nəfərlik məhdudiyyət var. Sloveniya və Xorvatiyaya isə işçi götürmək qadağan ediləcək”, – məlumatda deyilir.

Azpost.info

 

Əvvəlki məqalə

Ukrayna nümayəndə heyəti İstanbula gəlib

Sonrakı məqalə

18 yaşına çatmamış müşayiətsiz əcnəbilərlə bağlı altsistem yaradılacaq