Rusiya Dövlət Dumasının deputatı vertolyot qəzasında öldü

07 Fevral 2020 - 21:11

Rusiyanın Tatarıstan Respublikasında “Bell” tipli vertolyot qəzaya uğrayıb.

TASS-ın verdiyi xəbərə görə, qəzada Dövlət Dumasının Aqrar məsələləri komitəsinin sədr müavini Ayrat Xayrullin ölüb, daha 2 nəfər yaralanıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatında qəzaya səbəb kimi vertolyotun sərt eniş etməsi ehtimal edilib.

Yaralılar xəstəxanaya yerləşdirilib. (APA)