“Rusiya dünyada günəbaxan yağının əsas ixracatçısına çevriləcək”- Baş nazir

“Rusiya dünyada günəbaxan yağının əsas ixracatçısı olmağa hazırdır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Baş naziri Mixail Mişustin deyib.

Onun sözlərinə görə, Rusiyanın bu məhsullarla özünü təmin etməsi 200 faizi keçəcək ki, bu da ərzaq təhlükəsizliyi doktrinasının tələblərindən 2 dəfə artıqdır.

“Ötən ilin nəticələrinə görə, Rusiya dünya bazarına tədarük həcminə görə artıq beşinci yeri tutub. İlkin proqnozlara görə, biz günəbaxan yağının əsas ixracatçısına çevrilə bilərik”, – Mişustin bildirib.

O əlavə edib ki, büdcədə yağlı toxumların istehsalının stimullaşdırılması üçün subsidiyalar da nəzərdə tutulub ki, bu da rusiyalı fermerlərə rəqabət qabiliyyətini saxlamağa kömək edəcək.

Azpost.info

 

Əvvəlki məqalə

2023-də neftin qiyməti bir barel üçün neçə dollar olacaq?

Sonrakı məqalə

Pakistan Milli Bankının Bakı Filialı ləğv edilib