Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Rusiya elitası dronlardan milyonlar qazanır

User 17 İyun 2023 - 14:27 (Last updated: 21 May 2025 - 20:15)
44443586072_c0f9165ed3_k-3

Rusiya hakimiyyətinə yaxın olan iş adamları “AliExpress”dən alınan ehtiyat hissələrindən hərbi texnika yığaraq Rusiya ordusuna bir neçə dəfə bahasına satırlar.

Azpost.info xəbər verir ki, bu barədə yerli “Teleqram” kanalları məlumat yayıb.

Bu sxemlərdən biri haqda hərbi jurnalist Roman Saponkov məlumat verib. Onun sözlərinə görə, 2,5 milyon rubla “Sibiryaçok-1” pilotsuz uçan aparatı Baş nazirin müavini Marat Xusnullinlə əlaqəli “GaskarGroup” şirkəti tərəfindən istehsal olunur. Şirkət “AliExpress”dən aldığı ehtiyat hissələrindən hazırlanmış cihazı 2,5 milyon rubla satır ki, bu da onların bazardakı qiymətindən 10 dəfə bahadır.

Saponkovun sözlərinə görə, dron dəhşətli dərəcədə aşağı keyfiyyətə malikdir və orduda praktiki olaraq istifadə edilmir.

“Qaskar Qrupp”u Xusnullin Moskvanın vitse-meri olduqdan sonra müqavilələr əsasında yüz milyonlarla rubl qazanan Tatarıstan əsilli iş adamları qurub.

“Rostex”in rəhbəri Sergey Çemezovun holdinqinə daxil olan “Almaz-Antey” öz istehsalı adı altında Çin pilotsuz təyyarələrini tədarük edir. 670 dollara başa gələn “Dobrınya” dronunu Müdafiə Nazirliyinə üçqat bahasına satılır.

Primorsk qubernatoru Oleq Kojemyak tərəfindən təriflənən başqa bir pilotsuz təyyarə ilə bağlı da oxşar vəziyyət yaranmışdı. Onu “AliExpress”də 8849 dollardan 21699 dollara qədər qiymətə almaq olar. Aparatı Çinin “CUAV Tech” şirkəti hazırlayıb.

Bundan başqa, yenicə təqdim olunan “Patriot K40TL” dronunun “AliExpress”də 172.000 rubla satılan Çin EVO II Pro V3-ün “əkiz qardaşı” olduğu ortaya çıxıb. Onun “istehsalçısı” Sankt-Peterburqdakı dövlət qurumlarının tədarükçüsü  “Astracom” şirkətidir. Şirkət Yeni Zelandiyanın “Tait” şirkətinin rabitə borularını məmurlara şişirdilmiş qiymətə satmaqla məşhurlaşıb.

Azpost.info

Post navigation

Previous: “Fransanın sərhəd bölgəsində baş vermiş təxribatlarla bağlı bəyanatı qərəzlidir”
Next: Saxta uduşlu lotereyaların keçirilməsi ilə əlaqədar reklamlar paylaşılır

Oxşar xəbərlər

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58
zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.