Rusiya Erməniləri İttifaqı İrəvanı Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunu ratifikasiyası ilə bağlı qərarı ləğv etməyə çağırıb.
“Rusiya Erməniləri İttifaqı Ermənistan hakimiyyətini hərtərəfli balanslaşdırılmış yanaşma və müstəqillik nümayiş etdirməyə və BCM-nin Roma Nizamnaməsinin ratifikasiyası məsələsinə yenidən baxmağa çağırır”, – müraciətdə deyilir.
Təşkilat Ermənistanın BCM-nin Roma Statutuna qoşulmasının Rusiya-Ermənistan münasibətlərinə son dərəcə mənfi təsir göstərə biləcəyindən ehtiyat edir.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyi Ermənistan hakimiyyətinə xəbərdarlıq etmişdi ki, əgər ölkə BCM-nin qərarlarını tanıyarsa, bunun ciddi nəticələri olacaq.
Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Roma Nizamnaməsinə qoşulmaq planlarını “tamamilə qəbuledilməz” adlandırıb. Çünki məhz bu orqan Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib.
Azpost.info