Rusiya Ermənistana verdiyi qazı kəsib

Rusiya Ermənistana verdiyi qazı kəsib. 

Azpost.info bildirir ki, bu barədə “Qazporm Armenia” saytında məlumat verilib.  Rusiya bunu “Şimali-Qafqaz- Zaqafqaziya” qaz kəmərində təmir-profolaktik işlərlə bağlı olduğunu bildirib.

Məhdudiyyət 18-19 oktyabra qədər qüvvədə olacaq. Bu müddət ərzində qaz təminatı Ermənistanın daxili ehtiyatı hesabına təmin olunmalıdır.

Ermənistan müxalifət dairləri bildirir ki, Ermənistan Rusiya ilə birdəfəlik münasibətlərini pisləşdirsə Moskva İrəvana güzəştli tariflərlə verdiyi qazı və elektrik enerjisinin qiyməti bahalaşacaq.

 

Əvvəlki məqalə

Rusiyada qırıcı təyyarə yaşayış binasına çırpılıb –

Sonrakı məqalə

Qırıcı təyyarənin binaya çırpılması nəticəsində 4 nəfər ölüb –