Rusiya FHN-in helikopteri qəzaya uğrayıb

26 Mart 2021 - 00:30

Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus “Ka-32” helikopteri Kalininqrad bölgəsindəki Kurşsk körfəsininin hövzəsində təlim uçuşu zamanı qəzaya uğrayıb.

TASS xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.

İlkin məlumata görə, qəza nəticəsində bir nəfər ölüb. İki nəfər xilas edilib.

Hazırda yaralılar və ölənlər haqqında məlumat dəqiqləşdirilir.