Rusiya fövqəladə hallar nazirinin həlak olmasının təfərrüatları məlum olub

08 Sentyabr 2021 - 15:21

Rusiya fövqəladə hallar naziri Yevgeni Ziniçevin ölümünün təfərrüatları məlum olub.

Rusiya FHN rəhbərinin faciəvi şəkildə həlak olmasının təfərrüatları barədə “Rossiya Seqodnya” və “Russia today”in baş redaktoru Marqarita Simonyan öz Telegram-kanalında yazıb.

M.Simonyanın yazdığına görə, Ziniçev sürüşərək suya düşən operatoru xilas etmək üçün suya atılıb, lakin daşın üzərinə çırpılıb.

M.Simonyan suya düşən operatorun da həlak olduğunu bildirib.