“Rusiya Gürcüstanda çevriliş hazırlayır” –SAAKAŞVİLİ

“Rusiya Gürcüstanda fəal şəkildə seçkilərə hazırlaşır və gürcü kilsəsində çevriliş hazırlayır”.

Azpost.info bildirir ki, bu sözləri Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bəyanatında bildirib.

Saakaşvili bugünkü məhkəmə prosesində qeyd edib ki, Moskva Gürcüstanda bir sıra təxribatlar da planlaşdırılır.

“Rusiya Gürcüstanda seçkilərə fəal hazırlaşır. Bilirəm ki, yaxın gələcəkdə gürcü kilsəsində çevriliş hazırlayırlar, seçkilərə ideoloji cəhətdən hazır olmaq üçün bizim kilsəni ələ keçirmək istəyirlər. Eyni şəkildə, onlar bütöv bir sıra başqa təxribatlar təşkil etməyə hazırlaşırlar”, – Saakaşvili bildirib.

Əvvəlki məqalə

“Qara Bağdan inamla Böyük Bağa çevrilən Qarabağ…”

Sonrakı məqalə

Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb