“Rusiyanın dörd regionunda hərbi vəziyyətin tətbiqi ilə əlaqədar ölkə sərhədlərinin tamamilə bağlanması planlaşdırılmır”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.
Qeyd edək ki, bu gün Təhlükəsizlik Şurasının iclasında Putin “LXR”, “DXR”, Xerson və Zaporojye vilayətlərində hərbi vəziyyətin tətbiq olunduğunu bəyan edib. O qeyd edib ki, Rusiya Federasiyasına daxil olmazdan əvvəl sözügedən 4 regionda hərbi vəziyyət qüvvədə idi. İndi bu rejim Rusiya qanunvericiliyi çərçivəsində rəsmiləşdirilməlidir.
Azpost.info
