Rusiya hökumətinə məxsus İl-96-300 təyyarəsi Sankt-Peterburqdan ABŞ-a uçub.
Azpost.info xəbər verir ki, bunu “Flightradar24” portalının məlumatları ortaya çıxarıb. Portalın məlumatına görə, martın 4-də təyyarə Moskvada olub və oradan Sankt-Peterburqa yola düşüb: “Rusiya təyyarəsi Vaşinqtona uçur. Təyyarə Moskva vaxtı ilə saat 09:41-də havaya qalxıb”.
Rusiyada İl-96-300 təyyarəsindən yüksək rütbəli məmurlar və Kremlin jurnalistləri istifadə edir. Hökumət təyyarəsinin uçuşunun məqsədi məlum deyil. Mətbuat ehtimal edir ki, Rusiya nümayəndələri Vaşinqtona Ukrayna ilə bağlı danışıqlar aparmaq üçün uçurlar. Yaxud mümkündür ki, Rusiya və ABŞ arasında təhlükəsizlik zəmanətlərinin növbəti mərhələsi müzakirə olunsun.
Qeyd edək ki, Avropa ölkələri Ukraynadakı hərbi əməliyyatlar fonunda öz hava məkanlarını Rusiya təyyarələri üçün bağlayıblar. Buna cavab olaraq, Rusiya 36 ölkədən olan aviaşirkətlər üçün uçuşları məhdudlaşdırıb.
Azpost.info