Rusiya ilə danışıqlarda iştirak etmiş Ukrayna nümayəndəsi öldürüldü –FOTO

Belarusda Rusiya ilə danışıqların ilk raundunda Ukrayna nümayəndə heyətinin tərkibində olan Denis Kireyev Ukrayna təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

Azpost.info xəbər verir ki, bunu öz bloqunda Ali Radanın keçmiş deputatı Aleksandr Dubinski bildirib. Məlumata görə, Kireyev həbs edilərkən Ukryana Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən güllələnib.

Məsələ ilə bağlı hələ ki rəsmi məlumat yayılmayıb.

Denis Kireyevin dövlətə xəyanətdə şübhəli bilindiyi, həbs zamanı müqavimət göstərdiyi ehtimal edilir. D.Kireyev Rusiyaya qaçan keçmiş Ukrayna lideri Viktor Yanukoviçin silahdaşı – oliqarx Andrey Klyuevin yaxın adam hesab olunurdu.

O, 2014-cü ilə qədər bank sektorunda çalışıb. “Oşadbank” və “Ukreksimbank”ın rəhbər orqanlarının üzvü olub. Sonralar şəxsi fondların idarə edilməsi ilə məşğul olub.

Ukrayna prezidentinin ofisinin onu danışıqlarda nümayəndə heyətinə daxil etmək qərarına niyə gəldiyi hələ də məlum deyil.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiya hökumət təyyarəsi ABŞ-a uçub –

Sonrakı məqalə

Rusiyalı aparıcı Solovyovun İtaliyadakı villasına həbs qoyuldu