Rusiya hərbçiləri Çernobıl Atom Elektrik Stansiyasını ələ keçirib
Rusiya hərbçiləri Çernobıl Atom Elektrik Stansiyasını ələ keçiriblər.
Bu barədə Ukrayna Prezidenti ofisinin rəhbərinin müavini Mixail Podolyak bildirib.
“Rusiya hərbçiləri Çernobıl Atom Elektrik Stansiyasının ərazisini nəzarətə götürüb”, – deyə o bildirib.
M.Podolyakın sözlərinə görə, hazırda stansiya təhlükədədir və təxribat riski var.
“Ağır döyüşdən sonra Çernobıl ərazisinə nəzarətimiz itdi. Keçmiş Çernobıl AES-in obyektlərinin vəziyyəti, saxlama və nüvə tullantılarının saxlanılması barədə məlumatsızıq. Hücumundan sonra Çernobıl AES-nin təhlükəsiz olduğunu demək mümkün deyil. Bu, Avropa üçün ən ciddi təhlükələrdən biridir. Ruslar yəqin ki, Çernobıl AES-də artıq təxribat xarakterli şeylər hazırlayırlar, ya da ondan istifadə edəcəklər”, – deyə Mixail Podolyak əlavə edib.
