Rusiya hərbi xərclər üçün neftə bel bağlayıb- Səudiyyə hansı qiyməti qoyacaq?

“Rusiya bahalı neftə ümid edir. Hərbi xərclərlə şişmiş büdcə orta hesabla bir barel üçün 71 dollar qiymətə əsaslanır. Lakin ilin başlanğıcı yaxşı heç nə vəd etmir. Bazar zəif olaraq qalır və əsas oyunçulardan biri olan Səudiyyə Ərəbistanı qiymətləri endirir”.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Dövlətə məxsus “Saudi Aramco” fevral ayı üçün əsas bazar olan Asiya da daxil olmaqla bütün bölgələrdə alıcılar üçün qiymətləri endirir. Asiya ölkələri üçün əsas “Arab Light” markalı neftin qiyməti 2 dollar azalaraq 1,5 dollar/barel olacaq.

“Saudi Aramco” həmçinin Şimal-Qərbi Avropa, Aralıq dənizi və Şimali Amerikaya fevral ayında bütün göndərişlərin qiymətlərini aşağı salıb.

Dünya bazarında neftin qiyməti 2020-ci ildən bəri ilk dəfə ötən il ucuzlaşdı. İsrailin HƏMAS-la müharibəsi və Yaxın Şərqdə ciddi qarşıdurma qorxusu ciddi qiymət artımına səbəb olmadı. Husi yaraqlılarının ticarət gəmilərinə hücumları da hələlik təchizatın kəsilməsinə gətirib çıxarmayıb. Eyni zamanda, təklif də artır. ABŞ istehsalı artırıraraq bazarda profisit ehtimalını yüksəldir. Bir çox iqtisadçılar qlobal iqtisadiyyatın yavaşlayacağından və neftə tələbatın azalacağından ehtiyat edirlər.

Qiymətləri aşağı saxlamaq üçün OPEC+ hasilatın azaldılmasını bu il ərzində uzatmalı oldu. Bundan başqa, adətən fevral-mart aylarında neft sərfiyyatı azalır və neftayırma zavodları bu vaxtdan müntəzəm təmir üçün istifadə edirlər.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.